“Arsenal” “Mançester Siti” ilə rəqabət aparacaq geniş heyətə malik deyil”

“Mançester Yunayted”in və “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Ouen Harqrivz “Arsenal”ın heyətindən danışıb.

Komanda.az “Wrighty Show”-ya istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “Arsenal”ın “Mançester Siti” ilə rəqabət aparacaq qədər geniş heyətə malik olduğunu düşünmədiyini bildirib:

“Mən düşünmürəm ki, “Arsenal” Premyer Liqada 38 matçlıq mövsümdə “Mançester Siti” ilə rəqabət aparacaq geniş heyətə malikdir. Bəzi məqamlarda rotasiyaya müraciət etmək lazımdır. Deklan Rays bu mövsüm əla idi, lakin o, çox yaxşı “Aston Villa” qarşısında yorğun görünürdü”.

Həftəsonu “topçular” “Aston Villa”ya 0:2 hesabı ilə uduzaraq, İngiltərə Premyer Liqasında liderliyi əldən verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button