ÇL: “Bu, çox vacib matçdır”

“Bayern”in müdafiəçisi Matteys de Liqt Çempionlar Liqasının 1/8 finalında “Latsio” ilə cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Komanda.az xairici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu bu oyunun onlar üçün vacib olduğunu bildirib:

“Çempionatda “Bayer”lə 10 xal fərqini nəzərə alsaq, çətin dövr keçiririk. Ona görə də bu, bizim üçün çox vacib matçdır.

“Bayern” dünyanın ən böyük klublarından biridir. Burada 1/4 finala çıxmaq demək olar ki, məcburidir. Yenə deyirəm, bu, çox vacib matçdır. Qələbə qazanmaq üçün gücümüz olacaq”.

“Bayern” – “Latsio” oyunu martın 5-də, Münhendə keçiriləcək. İlk oyunda İtaliya klubu 1:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button