DÇ: Yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşdi

Sabah Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələrin dünya çempionatında yunan-Roma güləşçilərin mübarizəsinə start veriləcək.

Komanda.az xəbər verir ki, bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

45 kq
Təsnifat: Rahim Həsənov – Yerbol İbrahim (Qazaxıstan)

48 kq
1/8 final: Fəraim Mustafayev – Filip Mikuliç (Xorvatiya)

51 kq
1/8 Rəhman Kərimov – Maksim Razqalavets (Belarus)

55 kq
Təsnifat: Məhəmməd Şükürzadə – Saveli Raşçinski (Belarus)

60 kq
1/8 final: Fərid Xəlilov – David Manik (Macarıstan)

65 kq
Təsnifat: Rzayev – Tahir Amangəldi (Qazaxıstan)

71 kq
1/8 final: Ruslan Nurullayev – Skot Ştauffenberq (ABŞ)

80 kq
1/8 final: Cocu Səmədov – Maksim Masiukeviç (Belarus)

92 kq
Təsnifat: Əli Quliyev – Javlon Tirkaşiyev (Özbəkistan)

Qeyd edək ki, sabah 48, 55, 65, 80 və 110, birisi gün isə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən güləşçilər mübarizəyə qoşulacaq.