DÇ-2030-dan imtina etdilər – AÇ-2028 üçün namizəd oldular

Böyük Britaniya və İrlandiya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ortaq ev sahibliyi etmək üçün namizədliklərini irəli sürüb.

Komanda.az xəbər verir ki, İrlandiya ilə Böyük Britaniya 2030-cu ildə keçiriləcək dünya çempionatına təşkilatçılıq təklifini rədd ediblər. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

Avropa çempionatı 2028-ci ildən 32 milli komandanın iştirakı ilə təşkil edilə bilər. Daha əvvəl bildirilib ki, 8 qrupdan 4-nün oyunları İngiltərədə, qalan qrupların qarşılaşmaları isə Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyada oynanıla bilər.

Turniri keçirməyə namizəd ölkələr arasında Rusiya və Türkiyə də var.

Hazırda Avropa çempionatının final mərhələsində 24 yığma çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button