DÇ-2026: Tramp İran millisini gözləyir

FİFA-nın prezidenti Canni İnfantino İran millisinin 2026-cı il dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Şimali Amerikada keçiriləcək mundial öncəsi ABŞ-nin hərbi əməliyyatları səbəbindən İran millisinin turnirə buraxılmaya biləcəyi barədə xəbərlər yayılmışdı.

Komanda.az xəbər verir ki, İnfantino sosial şəbəkə hesabındakı paylaşımında ABŞ prezidenti Donald Trampla görüşdüyünü və həmin görüşdə İran məsələsinin müzakirə olunduğunu bildirib:

“Donald Trampla görüş keçirdim və İranla bağlı vəziyyəti müzakirə etdik. O bildirdi ki, komandanı qarşıdakı turnirdə gözləyirlər”.

İran millisi mundialın qrup mərhələsində Misir, Belçika və Yeni Zenlandiya yığmaları ilə eyni qrupda yer alıb. Mundial 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button