DÇ-2026: Noyerin taleyinə sabah aydınlıq gələcək

“Bayern”in qapıçısı Manuel Noyer komandanın dünənki məşqinə qatılmayıb və bu gün keçiriləcək məşqi də buraxacağı bildirilib.

40 yaşlı qolkiper Bundesliqa çərçivəsində “Köln”lə keçirilən matçdan (5:1) sonra sol baldır nahiyəsində əzələ problemi yaşayıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, sabah Noyerin baldır əzələsi tibbi müayinədən keçiriləcək. Aparılacaq yoxlamaların nəticəsi onun məşqlərə qayıdıb-qayıtmayacağını və Almaniya kubokunun finalında “Ştutqart”a qarşı oynayıb-oynamayacağını müəyyən edəcək.

Noyerin yayda keçiriləcək dünya çempionatında iştirakı da bu testlərin nəticələrindən asılı olacaq. Daha əvvəl Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-da əsas qapıçının məhz Noyer olacağını bildirmişdi.

11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button