
DÇ-2026: ABŞ millisi Paraqvayı məğlub etdi
Futbol üzrə dünya çempionatında ABŞ Paraqvay millisinə qalib gəlib.
Komanda.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 4:1 hesablı qələbəyə seviniblər.
Amerikalıların qollarını Damyan Bobadilya (7, avtoqol), Folarin Baloqan (31, 45+5) və Giovanni Reyna (90+8) vuru Paraqvayın heyətində isə Maurisio (73) qol müəllifi olub.
Bu qrupun digər oyunu iyunun 14-də, saat 08:00-da Avstraliya və Türkiyə yığmaları arasında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



