DÇ-2022: Argentina finalda!

Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, bu mərhələnin ilk oyununda Argentina və Xorvatiya yığmaları qarşılaşıb. Mundialın ilk finalçısının adına aydınlıq gətirən oyunu italiyalı FİFA referisi Daniele Orsato idarə edib.

Argentina yığması 1/4 finalda Niderlandı, xorvatlar isə Braziliyanı mübarizədən kənarlaşdırmışdı. Cənubi Amerika təmsilçisi xorvatlarla görüşdə darmadağınla qalib gələrək ilk finalçı olub.

Argentina millisi 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.

Yarımfinalın digər matçında sabah Fransa millisi Mərakeşlə üz-üzə gələcək.

DÇ-2022: Yarımfinal

13 dekabr

Argentina – Xorvatiya 3:0
Qol: Lionel Messi, 34-pen. Xulian Alvares, 39; 69.
Baş hakim: Daniele Orsato (İtaliya)
“Lusail” stadionu

Argentina: 23. Emiliano Martines, 3. Nikolas Talyafiko, 5. Leandro Paredes, 7. Rodriqo De Paul, 9. Xulian Alvares, 10. Lionel Messi (k), 13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makkallister, 24. Entso Fernandes, 26. Nahuel Molina.
Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perisiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 9. Andre Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 15. Mario Paşaliç, 19. Borna Sosa, 20. Yoşko Qvardiol, 22. Yosip Yuranoviç.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button