DÇ-2022: Argentina – Xorvatiya matçının hakimi bəlli oldu

Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq Argentina – Xorvatiya matçını hansı hakimin idarə edəcəyi müəyyənləşib.

Komanda.az xəbər verir ki, FİFA bu matçı İtaliyadan olan Daniele Orsatoya həvalə edib.

Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Orsatoya həmyerliləri Çiro Karbone və Alessandro Calyatini yan xətt hakimi kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Birləşmiş Ərəb Əmirliklerindən olsn Məhəmməd Abdulla yerinə yetirəcək.

Argentina – Xorvatiya matçı avqustun 13-də “Lusail” stadionunda keçiriləcək. Bu oyunun qalibi mundialın finalında Fransa – Mərakeş cütünün güclüsü ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button