De Xea ilə bağlı qərar DÇ-2022-dən sonra veriləcək

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq qapıçı David de Xeanın komandadakı gələcəyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, de Xeanın əla qapıçı olduğunu deyib:

“Hazırda bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Dünya çempionatından sonra müqavilə barədə düşünəcəyik. Bunu dəfələrlə demişəm, Daviddən razıyam, o, əla qapıçıdır. Onun cəmi 31 yaşı var, yaxşı formadadır və daha da irəliləyə bilər. Ümid edirəm ki, o, komandada qalacaq”.

31 yaşlı ispaniyalı qapıçı 2011-ci ilin iyulundan “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button