“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Danimarka klubundan ayrıldı

Danimarkanın “Orxus” klubu komandanın fiziki hazırlıq üzrə məşqçisi Ruben Selleslə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Orxus”da baş məşqçi David Nilsenin köməkçisi olan Selles, müddəti bitən müqaviləsini yeniləməyib.

Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da fiziki hazırlıq üzrə məşqçi işləyib. O, 2018-ci ildən “Orxus”da idi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button