Daha bir ölkə AÇ-2020 ilə bağlı UEFA-ya təminat verdi

Daha bir ölkə AÇ-2020-nin oyunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Komanda.az xəbər verir ki, Rumıniya ev sahibliyindən imtina etmək fikrində olmadığını bəyan edib.

Bu barədə yerli federasiyadan TASS-ın sorğusuna cavab olaraq bildirilib. Paytaxt Buxarestin qitə futbol qurumuna dövlət təminatı verdiyi vurğulanıb.

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə – Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir.

Azərbaycan da AÇ-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button