Dadaşovlu “Dinamo” evdə xal itirdi

Almaniyanın Şimal-Şərq Regional Liqasında 3-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən komanda evdə “Moyzelvits”lə qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər – 1:1.

Rüfət də bu oyunun iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub və bir sarı vərəqə ilə yadda qalıb.

Hazırda 4 xalı olan “Dinamo” 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button