Dadaşov “Bavariya”ya qol vurdu, komandası…

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Bavariya”nın ikinci komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da Dadaşov vurub. Millimizin forvardı 82-ci dəqiqədə matçda son nöqtəni qoyub.

Münster klubu 10 turdan sonra 9 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button