“Yüksək səviyyəli rəqibə qarşı əla oyun oldu” – “Vest Hem”in baş məşqçisi

“Vest Hem”in baş məşqçisi Devid Moyes “Tottenhem” üzərində qələbəni (2:1) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis əla oyun göstərdiklərini bildirib:

“Yüksək səviyyəli rəqibə qarşı əla oyun oldu. Bu gün topla daha yaxşı oynamaq istəyirdik. Çox yaxşı sürətli əks-hücumlarımız oldu. Futbolçular həqiqətən yaxşı iş gördülər. Çox istedadlı “Tottenhem” komandası ilə oynadıq. Bizdə yaxşı oynamağı və topu götürməyi bilən futbolçular var. Bizə daim xatırladılır ki, rəqibə şanslar veririk, ona görə də, yaxşı ki, qol vurub meydandan qələbə ilə ayrıldıq. “Tottenhem”i məğlub etmək üçün həqiqətən yaxşı iş gördük”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button