Alaba final matçına hazırdır

“Real”ın müdafiəçisi David Alaba Çempionlar Liqasının finalında oynamağa hazır olduğunu deyib. 

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, Alaba çox çalışdığını deyib:

“Özümü çox yaxşı hiss edirəm. Sağalmağa vaxtım var idi. Hazır olmaq üçün son günlər çox çalışdım”.

29 yaşlı avstriyalı futbolçu “Mançester Siti” ilə yarımfinalın cavab matçını səhhətindəki problemlərə görə buraxmışdı.

O, bu mövsüm “Real”ın heyətində 45 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Real”ın “Liverpul”la qarşılaşacağı Çempionlar Liqasının final matçı mayın 28-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button