ÇL: “Təzyiq olmadan bu turnirin finalına çıxmaq mümkün deyil”

“Mançester Siti”nin müdafiəçisi Ruben Dias Çempionlar Liqasının “İnter”lə final matçından öncə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “meydanda sizin üçün ən böyük təhlükə nə ola bilər” sualını belə cavablandırıb:

“Ən böyük təhlükə final oyunu olduğunu unutmaq olar. Azarkeşlər bizim favorit olduğumuzu düşünürlər. Oyuna çıxmadan favorit sayıla bilmərik.

Psixoloji cəhətdən özümüzü düzgün hazırlamasaq, uğursuzluğa düçar olarıq. Əzəldən təzyiqi sevirik. Bu, daha yaxşı oynamağımıza, daha sürətli qaçmağımıza imkan verir. Təzyiq olmadan bu turnirin finalına çıxmaq mümkün deyil”.

Xatırladaq ki, qitənin bir nömrəli klub turnirinin həlledici qarşılaşması bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button