ÇL: “Sabah”ın 2-ci mərhələdəki potensial rəqiblərinin sayı azalıb

“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Komanda.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi mərhələ adlayacağı təqdirdə, “Srvena Zvezda” (Serbiya), Lex (Poznan, Polşa), “Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi, “Jalqiris” (Litva) – “Drita” (Kosovo) cütünün qalibi və ya “Linkoln” (Cəbəllütariq) – “İnter” (Eskaldes, Andorra) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

“Sabah” turnirin 1-ci təsnifat mərhələsində TNS (Uels) ilə qarşılaşacaq. Bu mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button