
ÇL: “Sabah” bu gün “KuPS” ilə cavab oyununda qarşılaşacaq
“Sabah” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyada “KuPS” ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, cavab matçı saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda start götürəcək.
Oyunu İsraildən olan FİFA referisi Qal Leyboviç idarə edəcək.
Komandalar arasında ötən həftə Bakıda baş tutan ilk matçda Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



