ÇL: “Qvardiola dünyanın ən yaxşı məşqçisidir” – Lopeteqi

“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Mançester Siti” ilə oyunu ərəfəsində rəqibin çalışdırıcısı Xosep Qvardiola haqda fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Lopeteqi, UEFA-nın mətbuat xidmətinə açıqlamasında Qvardiolanı dünyanın ən yaxşı məşqçisi adlandırıb:

“Düşünürəm ki, Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Məşqçi işini obyektiv qiymətləndirmək çətindir. Amma məncə, müasir futbolun çətin vəziyyətində Qvardiola həmişə sabit olub və çalışdığı bütün komandaları inkişaf etdirməyə davam edib”.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Sevilya” – “Mançester Siti” matçı sentyabrın 6-da Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button