ÇL: “Qarabağ” “Rakuv” səddini keçə bilmədi

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “Köhlən atlar” Polşanın “Rakuv” komandasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən oyun saat 20:00-da başlayıb.

İlk matçda rəqibinə 2:3 hesabı ilə uduzan “Qarabağ” mərhələni adlamaq üçün ən azı iki top fərqi ilə qələbə qazanmalıydı. Amma təəssüf ki, matç 1:1 hesabıyla bitib və Ağdam klubu mübarizəni dayandırıb.

Bu cütün qalibi 3-cü mərhələdə Kipr “Aris”i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində HJK (Finlandiya) – “Molde” (Norveç) cütünün məğlubu ilə görüşəcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu

2 avqust

Qarabağ – Rakuv (Polşa) 1:1
Qol: Fran Tüdor, 52 – Redon Cica, 60.
Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun – 2:3
Bakı Olimpiya Stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Rakuv: 1. Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç (k), 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 5. Qustav Berqqren, 66. Yannis Papanikolau, 11. Con Yeboa, 9. Zvolinski, 77. Marçin Tsebulya.
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çiy, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Viladislav Koçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski.
Baş məşqçi: David Şvarqa.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button