
ÇL: “Keyn meydana hətta əlil arabasında da çıxmağa hazır olacaq”
“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix komanda yoldaşı Harri Keynin UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”a qarşı ilk oyunda iştirak edib-etməyəcəyi ilə bağlı danışıb.
Komanda.az xəbər verir ki, almaniyalı futbolçu mətbuat konfransında iddialı fikirlər səsləndirib:
“Keyn meydana hətta əlil arabasında da çıxmağa hazır olacaq. Sağlamlıqla bağlı problemləri olsa belə, yenə də oynayacaq”.
İngiltərəli hücumçu zədə səbəbindən Almaniya Bundesliqasında “Frayburq”a qarşı keçirilən və “Bayern”in 3:2 hesablı qələbəsi ilə başa çatan matçda iştirak etməyib.
“Real”la “Bayern” arasındakı 1/4 finalın ilk oyunu sabah Madriddəki “Santyaqo Bernabeu”da keçiriləcək. Cavab matçı bir həftə sonra Münhendə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



