
“Mançester Siti” ilə oyunda istənilən ssenariyə hazırıq”
“Real”ın hücumçusu Vinisius Junior UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə keçirəcəkləri oyunlardan gözləntilərini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu heç vaxt təslim olmadıqlarını bildirib:
“Biz heç vaxt təslim olmuruq. İstənilən ssenariyə hazırıq. “Mançester Siti” qarşısında hücum etmək, dominant olmaq və “Real”ın ən yaxşı versiyasını görmək istəyirik. Meydanda hər top uğrunda mübarizə aparan komanda olmalıyıq. Rəqibə qarşı səhvsiz çıxış etməliyik”.
“Real” – “Mançester Siti” matçı martın 11-də Madriddə keçiriləcək. Cavab qarşılaşması bir həftə sonra İngiltərədə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



