ÇL: “Qarabağ” mərhələ adlasa, Kipr çempionu ilə üz-üzə gələcək

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 görüş baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanacağı halda hansı komanda ilə qarşılaşacağı da bəlli olub. Belarus çempionu BATE-yə səfərdə də qalib gələn “Aris”i artıq növbəto mərhələdəki rəqibini gözləyir.

“Aris”dən başqa “Panatinaikos”, “Olimpiya” (Lyublyana) və “Slovan” (Bratislava) da 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

“Qarabağ” isə növbəti mərhələyə vəsiqənin taleyinə sabah Bakı Olimpiya Stadionunda qarşılaşacağı Polşa “Rakuv”u ilə cavab matçında aydınlıq gətirəcək. Ağdam təmsilçisi səfərdəki ilk oyunda 2:3 hesabıyla məğlub olub.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları

1 avqust

“Panatinaikos” (Yunanıstan) – “Dnepr-1” (Ukrayna) 2:2 (3:1)

BATE (Belarus) – “Aris” (Kipr) 3:5 (2:6)

“Olimpiya” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) 2:1 (1:1)

“Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) 2:2 (1:0)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button