
ÇL: Bu gün ilk yarımfinalçılar məlum olacaq
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları məlum olacaq.
Komanda.az xəbər verir ki, buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək. İlk oyun günündə iki qarşılaşma olacaq. İspaniya klublarının duelində “Atletiko” öz meydanında “Barselona”nı qəbul edəcək.
Günün digər görüşündə isə “Liverpul” PSJ ilə üz-üzə gələcək.
1/4 final mərhələsinə sabah yekun vurulacaq.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
14 aprel
23:00. Atletiko (İspaniya) – Barselona (İspaniya)
İlk oyun – 2:0
23:00. Liverpul (İngiltərə) – PSJ (Fransa)
İlk oyun – 0:2
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



