ÇL: Bu gün 1/8 final mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, püşkatma mərasimi saat 15:00-da başlayacaq.

Bu mərhələdə eyni ölkənin təmsilçiləri və qrup mərhələsində üz-üzə gələn komandalar bir-birlərinə rəqib olmayacaqlar.

Qruplarda birinci yeri tutan komandalar səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər hesab edilir.

1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab görüşləri 5, 6, 12, 13 martda keçiriləcək.

Səpələnmişlər: “Arsenal”, “Mançester Siti” (hər ikisi İngiltərə), “Atletiko”, “Barselona”, “Real”, “Real Sosyedad” (hamısı İspaniya), “Bayern”, “Borussiya” Dortmund (hər ikisi Almaniya).

Səpələnməmişlər: “Kopenhagen” (Danimarka), “İnter”, “Latsio”, “Napoli” (hər üçü İtaliya), “Leyptsiq” (Almaniya), PSJ (Fransa), “Portu” (Portuqaliya), PSV (Niderland).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button