
“Bizi “Real”la çox çətin bir sınaq gözləyir” – “Bayern” rəsmisi
“Bayern”in Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”la keçiriləcək qarşılaşmalarla bağlı gözləntilərini bölüşüb.
Komanda.az AS-a istinadən xəbər verir ki, Almaniya klubunun rəsmisi onları çox çətin bir sınaq gözlədiyini bildirib:
“PSJ ilə matçdakı (liqa mərhələsi – 2:1) kimi səviyyə göstərməliyik. Madriddə ən yaxşı şəkildə oynamalıyıq. Bu səviyyəni göstərsək, ilk oyunda yaxşı nəticəyə ümid edə bilərik. Bizi çox çətin bir sınaq gözləyir”.
“Real”la “Bayern” arasında ilk oyun aprelin 7-də, Madriddəki “Santyaqo Bernabeu”da keçiriləcək. Cavab matçı isə bir həftə sonra Münhendə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



