
ÇL: “Barselona” – “İnter” matçının baş hakimi açıqlandı
UEFA Çempionlar Liqasında keçiriləcək “Barselona” – “İnter” matçını Fransadan olan hakimlər idarə edəcək.
Komanda.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununun baş hakimi Kleman Turpin olacaq. Villi Delajod və Françis Letexyer oyunda VAR-a cavabdeh olacaqlar.
Qarşılaşma aprelin 30-da keçiriləcək və saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



