ÇL: “Real”ın müdafiəçisi “Bayern”lə matçı buraxacaq

“Real”ın müdafiəçisi Raul Asensio UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununu buraxacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Bayern”lə keçiriləcək vacib qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. Ona qastroenterit (mədə-bağırsaq infeksiyası) diaqnozu qoyulub.

Asensio bu mövsüm bütün turnirlərdə 31 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Bayern” – “Real” cavab matçı sabah Münhendə keçiriləcək və hakimin start fiti saat 23:00-da səslənəcək. İlk oyun almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button