“Çelsi”nin sabiq futbolçusundan açıqlama – Avropaya qayıdır

Çinin “Şanxay SİPQ” klubunda forma geyinən Oskar Avropaya qayıtmağa hazırlaşır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 27 yaşlı braziliyalı yarımmüdafiəçi açıqlamasında deyib. Oskar, İtaliyadan iki klubla görüşdüyünü bildirib:

“Ötən həftələrdə Milan şəhərində iki klubla görüşdüm. Düzdür, İtaliyada oynamaq istəyirəm. Hazırda transferin detalları haqda danışa bilmərəm, ancaq İtaliyada oynamaq istədiyim həqiqətdir”.

2017-ci ildə “Çelsi”dən “Şanxay SİPQ”-ə transfer olunan Oskarın Çin klubu ilə müqaviləsi 2020-ci ilin yayında bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button