“Dinamo” – “Neftçi” matçının biletləri satışda

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Neftçi” matçının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə Tbilisi təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Oyunun biletləri bu gündən onlayn olaraq satışa çıxarılıb. Biletlər sabahdan matçın keçiriləcəyi “Dinamo Arena”nın kassalarında da satılacaq.

Oyuna bilet qiymətləri 5 laridən 20 lariyədək (2,70 manatdan 10,8 manatadək) təşkil edir.

“Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyulun 7-də Tbilisidə, cavab matçı isə 14-də Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button