
“Real”ın baş məşqçisi hakimlərdən şikayətləndi
“Real”ın baş məşqçisi Alvaro Arbeloa La Liqanın 33-cü turunda “Alaves”lə oyun öncəsi hakim qərarlarından narazılığını ifadə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, milli çempionatda bəzi hakim qərarlarının komandasının titul şanslarını minimuma endirdiyini bildirib:
“Bunun səbəbi var və bunu çoxu görə bilər. Son illərdə və xüsusilə, son aylarda inkişaf etmək üçün imkanlarımız olub. Böyük və çətin oyunlarda daha yaxşı çıxış edirik, nəinki daha zəif rəqiblərə qarşı. Amma “Jirona” ilə oyundakı penalti epizodu kimi hallar yaşadıq. Bu da göstərir ki, “Real” üçün UEFA Çempionlar Liqasını qazanmaq bəzən La Liqanı qazanmaqdan daha asandır”.
Madrid klubu ötən həftə “Bayern”ə məğlub olaraq Çempionlar Liqasından kənarda qalıb və ardıcıl ikinci mövsüm böyük titul qazanmamaq təhlükəsi ilə üz-üzədir. Belə ki, komandanın La Liqada da işləri yaxşı getmir. Madridlilər hazırda “Barselona”dan 9 xal geri qalaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
“Real” – “Alaves” qarşılaşması bu gün “Santyaqo Bernabeu”da keçiriləcək.
Bizi Facebook-da izləyin



