Çempionatın bərpa tarixi rəsmən açıqlandı

Futbol üzrə Bolqarıstan çempionatının bərpa tarixi rəsmən bəlli olub.

Komanda.az xəbər verir ki, sözügedən ölkədə çempionat iyunun 5-də bərpa olunacaq. Bu barədə Bolqarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Federasiyanın xüsusi ekspert qrupu verdiyi qərara əsasən, komandalar mayın ortalarında məşqlərə başlayacaqlar. Çempionat iyunun 5-də bərpa olunsa, və iyulun 11-də yekunlaşacaq. Mövsümün qalan matçları azarkeşsiz keçiriləcək.

Yeni fors-major halların qeydə alınması halında çempionat dayandırılsa, bərpa olunmadan başa çatdırılacaq.

Qeyd edək ki, Bolqarıstanda futbol yarışları martın 13-də dayandırılıb. Çempionatda mövsümün 24 turu geridə qalıb. Lider “Ludoqorets” bir oyun az keçirməsinə baxmayaraq, əsas rəqibləri “Lokomotiv” (Plovdiv), “Levski” (Sofiya) və ÇSKA-nı (Sofiya) 9 xal qabaqlayır. Bolqarıstanda çempionat martın 13-dən dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button