“Çempion olmaq mənim üçün kifayətdir” – Valverde

İspaniya La Liqasının son turunda “Alaves”ə 2:0 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ernesto Valverde matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, çempionluq haqqında danışıb:

“Bu gün 3 xal qazanmağımız çox vacib idi. Yaxşı motivasiya olunmuşduq və qalib gəldik. Artıq çempionluğa çox az qalıb. Aylarla bunun üçün mübarizə apardıq və nəhayət, qazanacağıq”.

İspan mütəxəssis, bu turda “Atletiko”nun öz meydanında “Valensiya”ya məğlub olacağı halda, çempionluğu təmin edəcəkləri ilə bağlı da danışıb:

“Çempionluğu harda, necə təmin etməyimizin bir mənası yoxdur. Çempion olmaq mənim üçün kifayətdir. “Atletiko” son ana qədər mübarizə aparacaq. Çempionluq təmin olunanda, çox xoşbəxt olacam”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button