“Çelsi”yə transferlər üçün neçə milyon ayrılacağı bilindi

İngiltərənin “Çelsi” klubu bu yay transferlərə 200 milyon funt-sterlinq xərcləyə biləcək.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, London klubunu almağa yaxın olan “Los Angeles Dodgers”ın həmsahibi Todd Boelinin konsorsiumu bu məbləği ayırmağa hazırdır.

“Çelsi”nin yay transfer pəncərəsində prioriteti Antonio Rüdiger, Andreas Kristensen və Sezar Aspilikuetanın gedişi ilə əlaqədar müdafiəni gücləndirməkdir. Klubun əsas hədəfləri “Sevilya”dan müdafiəçi Jül Kunde və “Leyptsiq”dən Coşko Qvardioldur. Londonluların maraq dairəsində “Vilyarreal”dan Pau Torres və “Atletiko”dan Xose Ximenez də daxil olmaqla ümumilikdə 8 müdafiəçi var.

Hücumçu Timo Verner, eləcə də, yarımmüdafiəçilər Hakim Ziyex və ya Kristian Pulişiç satılacağı halda, “zadəganlar” “Mançester Siti”nin hücumçusu Rahim Sterlinqi almağa çalışacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button