Yayda “Çelsi”ni tərk edə bilər – alman hücumçu

“Çelsi”nin futbolçusu Timo Verner yayda komandanı tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football İnsider” portalı məlumat yayıb. Xəbərdə, 25 yaşlı hücumçunun ölkəsinə – Almaniyaya qayıda biləcəyi bildirilib. “Çelsi” yayda Verner üçün uyğun təklif olsa, onu sata bilər.

2020-ci ilin yayında “Leyptsiq”ən “Çelsi”yə 53 milyon avroya keçən Verner, bu mövsüm Premyer Liqada 27 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button