“Gənc komandamız var, lakin axmaq deyilik” – Verner

“Çelsi”nin futbolçusu Timo Verner Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Verner, 2:0 hesabıyla qələbə qazandıqları görüşü şərh edərkən, komandasının inanılmaz oynadığını deyib:

“Meydanda etdiklərimiz inanılmazdır. Topa çox sahib olmasaq da, nəzarət bizdə idi. Hər mövqesində dünyanın ən yaxşı futbolçuları olan bir komandaya qarşı yaxşı oynadıq. Gənc komandamız var, lakin axmaq deyilik. Sadə səhvlərə yol vermirik.

Qol vurduğum epizodda topun enməsini çox gözlədim. Mənə elə gəldi ki, saatlar keçirdi. Top yerə enmək bilmirdi, çətin qol idi”.

“Çelsi” iki oyunun nəticəsinə görə “Real”ı mübarizədən kənarlaşdırıb (2:0, ilk oyun 1:1). London klubu həlledici görüşdə “Mançester Siti” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button