“Çelsi”nin 2 futbolçunu ərəblərə neçəyə satdığı məlum olub

Hakim Ziyeş və Xalidu Kulibalinin “Çelsi”dən Səudiyyə Ərəbistanı klublarına transferinin məbləği açıqlanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular Ziyeş üçün “Əl-Nəsrd”ən təxminən 10 milyon avro, Kulibali üçün isə “Əl-Hilal”dan təxminən 20 milyon avro alacaqlar.

Daha əvvəl məlum olmuşdu ki, “Çelsi” Səudiyyə Ərəbistanı klublarına üç futbolçunun transferi ilə bağlı razılığa gəlib. Ziyeş və Kulibali ilə yanaşı, Eduard Mendi də “Çelsi”ni tərk edəcək. O, “Əl-Əhli”nin futbolçusu olacaq.

Bundan əvvəl Nqolo Kante azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.

Ziyeş 2020-ci ilin iyul ayından “Çelsi”dədir, Kulibali keçən yay kluba qoşulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button