“Çelsi”dən ayrılmaq fikri yoxdur – Poçettinoya görə

“Çelsi”nin müdafiəçisi Trevo Çaloba İngiltərə klubundan ayrılmaq fikrində deyil.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, 2023/24 mövsümündən etibarən “zadəganlar”ı çalışdıracaq Maurisio Poçettinonun kollektivində mübarizə aparmaq istəyir.

Öncədən 23 yaşlı futbolçu ilə İtaliyanın “Milan” və “İnter” klublarının maraqlandığı bildirilirdi.

Çalobanın London təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. O, 2022/23 mövsümündə “zadəganlar”ın heyətində 34 oyuna çıxıb və beş dəfə sarı vərəqə ilə cəzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button