“Çelsi”də yeni müqavilə

İngiltərənin “Çelsi” klubu braziliyalı müdafiəçisi David Luislə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, London təmsilçisi 32 yaşlı futbolçunu heyətdə saxlamağa qərar verib.

Artıq tərəflər yeni müqaviləyə də imza atıblar. Braziliyalı müdafiəçi 2021-ci ilə qədər “zadəganlar”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, David 2011-ci ildən “Çelsi”də forma geyinir. O, 2014-2016-cı illər aralığında PSJ-də çıxış etsə də, Fransa klubundan ayrılandan sonra yenidən London təmsilçisinə qayıdıb. Luis bu mövsüm “Çelsi”nin heyətində 48 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button