
Argentinalı futbolçunun davranışı “Çelsi”də narazılıq yaradıb
“Çelsi”nin futbolçuları komandanın yarımmüdafiəçisi Enzo Fernandesin davranışından narazıdır.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, London klubunda son nəticələrdən sonra komanda daxilində məyusluq yaranıb.
Bir neçə futbolçu ardıcıl məğlubiyyətlərdən sonra Fernandesin açıq tənqidlər səsləndirməsini xoş qarşılamayıb. Xüsusilə də, UEFA Çempionlar Liqasının 1/8 finalında PSJ-yə qarşı keçirilən matçda (iki oyunun nəticəsinə görə – 2:8) komandanın qapıçısı Filip Yorgensenin səhvindən sonra argentinalı futbolçunun topu ona tərəf ataraq sərt reaksiya göstərməsi komandada narazılıq yaradıb.
Bundan əlavə, Enzonun gələcəyi ilə bağlı “Çelsi”də qalacağına dair şübhələrini açıq şəkildə dilə gətirməsi də komanda daxilində mənfi qarşılanıb.
Londonluların sabiq üzvü Con Obi Mikel isə bu vəziyyətlə bağlı bildirib ki, “Çelsi” heç bir oyunçu üçün keçid dövrü deyil və futbolçular klubun emblemi uğrunda oynamalıdırlar.
Bizi Facebook-da izləyin



