“Çelsi”də İquaynla bağlı qərar verildi

İcarə əsasında “Çelsi”də çıxış edən Qonsalo İquaynın gələcək taleyi bəlli olub.

Komanda.az xəbər verir ki, “zadəganlar” argentinalı hücumçunun transfer hüquqlarını satın almayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. İquayn mövsümün sonunda müqaviləylə məxsus olduğu “Yuventus”a qayıdacaq. Turin təmsilçisinin də istəmədiyi hücumçu isə artıq özünə yeni klub axtarmağa başlayıb.

Qış transfer pəncərəsi dövründə “Çelsi”yə icarəyə verilən 31 yaşlı futbolçu, “zadəganlar”la Premyer Liqada 14 qarşılaşmada iştirak edib. İquayn bu oyunlarda 6 qola imza atıb.