“Çelsi” ingilislə “nikah təzələdi”

“Çelsi” klubu futbolçusu Fikayo Tomorinin müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, 21 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngilis futbolçunun əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.

“Zadəganlar”ın yetirməsi olan Tomori bu mövsüm Premyer Liqada 11 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button