“Çelsi” Hazardın ayrıldığını açıqladı

“Çelsi”nin futbolçusu Eden Hazardın qardaşı Kilian Hazard London klubunu tərk edib.

Komanda.az xəbər verir ki, bu barədə “zadəganlar”ın rəsmi saytı məlumat yayıb. Məlumatda, Kilian Hazardın mövsümün sonunda “Çelsi”dən ayrılacağı bildirilib.

Mövsümün əvvəlində “Serkl Brügge” klubuna icarəyə göndərilən Kilianın transfer hüquqları birdəfəlik Belçika təmsilçisinə satılıb. Kilian “Serkl Brügge” ilə 4 illik müqavilə imzalayacaq.

Cari mövsümdə Yupiler Liqada 17 qarşılaşmaya çıxan hücumçu, 4 qol vurub.