“Çelsi” Hazarda əvəzləyici axtarır: Ya İnsinye, ya da…

“Çelsi” Eden Hazardın komandadan ayrılacağı təqdirdə, onu əvəzləyəcək futbolçular axtarışındadır.

Komanda.az xəbər verir ki, “zadəganlar” belçikalı futbolçunun mövqeyinə “Napoli”dən Lorenso İnsinyeni, ya da “Barselona”dan Filippe Koutinyonu transfer etməyə çalışacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Hazardın “Real”la razılaşdığını iddia edən ingilislər, onun mövqeyinə ən real namizədin İnsinye olduğunu yazıblar. Belə ki, London təmsilçisinin baş məşqçisi Mauritsio Sarri, “Napoli”dən tanıdığı İnsinyeni komandasında görmək istəyir.

İnsinye ilə “Çelsi”ylə yanaşı, “Liverpul”da yaxından maraqlanır. İtaliya mətbuatı “Liverpul”un qış transfer pəncərəsi dövründə İnsinye üçün 70 milyon avro təklif etdiyini, ancaq “Napoli” tərəfinin italyan hücumçu üçün 150 milyon avro istədiyini iddia edib.

“Çelsi” İnsinyeni transfer edə bilməsə, “Barselona”dan Koutinyonu Londona gətirməyi planlaşdırır.