“Çelsi” Avropa çempionu ilə danışıq aparır

“Çelsi” futbolçusu Jorjinyonun müqaviləsinin müddətini artırmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, “zadəganlar” italyan yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalamaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Çelsi” Jorjinyo ilə danışıq aparır.

İtaliya milli komandası ilə bu il keçirilən Avropa çempionatının qalibi olan Jorjinyonun “Çelsi” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.