“Çelsi”nin qış planı – Qadağa aradan qalxsa…

“Çelsi” FİFA tərəfindən verilən iki illik transfer qadağasının aradan qaldırılmasını istəyir.

Komanda.az xəbər verir ki, “zadəganlar”ın işinə İdman Arbitraj Məhkəməsində baxılacaq. Qurumun qərarı noyabrın 20-də açıqlanacaq.

“Çelsi” transfer qadağasının aradan qaldırılacağı təqdirdə, qış fasiləsində heyətinə bir neçə futbolçu qatacaq. Bu barədə “The Sun” nəşri məlumat yayıb. London təmsilçisinin yanvarda transferlər üçün 150 milyon funt-sterlinq büdcə ayıracağı bildirilir.

“Çelsi”nin əsas hədəfi “Leyptsiq”dən Timo Verner, “Lester”dən Ben Çiluell və “Kristal Pelas”dan Vilfrid Zahadır.

FİFA “Çelsi”yə 18 yaşa qədər olan futbolçuların transferində qaydaları pozduğu üçün 2 illik cəza verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button