“Çelsi” argentinalı futbolçuya qiymət qoyub

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes mövsümün sonunda komandanı tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

London təmsilçisinin rəhbərliyi argentinalı futbolçunun satışı ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. Klub Fernandesin transferindən təxminən 150 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Daha əvvəl mətbuatda 25 yaşlı yarımmüdafiəçinin “Real”a mümkün keçidi ilə bağlı iddialar səslənmişdi.

Enzo Fernandes cari mövsümdə İngiltərə Premyer Liqası çərçivəsində 30 oyunda iştirak edib, 8 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button