“Çelsi” çox yaxşı komandadır, ancaq…” – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer, İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsində “Çelsi”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan norveçli mütəxəssis, 2:0 hesabıyla bitən matçı belə şərh edib:

“Bu oyunda yaxşı “performans” sərgilədik. Məşqlərdə etdiklərimizi təkrarlaya bildik. Mərkəzdə təzyiq etməyi tapşırmışdım və futbolçularım bunu bacardı.

“Çelsi” çox yaxşı komandadır, ancaq Xuan Mata Jorjinyoya qarşı yaxşı oynadı. Müdafiədə hardasa, mükəmməl oynadıq. Uğurlu nəticə qazandıq”.

İngiltərə Federasiya kubokunun 1/8 mərhələsində “Çelsi”ni mübarizədən kənarlaşdıran “qırmızı şeytanlar”, 1/4 final mərhələsində “Vulverhempton”la qarşılaşacaq. Matçın oynanma tarixi hələ dəqiq deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button