Premyer Liqanı tərk edəcək ilk klub bilindi

Cari mövsümdə İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub məlum olub.

Komanda.az xəbər verir ki, 32-ci turda səfərdə “Vulverhempton”a uduzan “Şeffild Yunayted”in elitanı tərk edəcəyi dəqiqləşib.

“Şeffild Yunayted” Premyer Liqada sona 6 tur qalmış 14 xalla sonuncu sıradadır.